• USD 1,7000 0,00% EUR 1,8952 -0,06%
    • GBP 2,1496 -0,53% RUB 0,0264 0,00%

“Təhsil haqqında” qanuna dəyişiklik edildi

“Təhsil haqqında” qanuna dəyişiklik edildi

Azərbaycan Prezidenti İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Publika.az-ın məlumatına görə, dəyişikliklərə əsasən qanuna aşağıdakı məzmunda 11.4-cü və 11.5-ci maddələr əlavə edilir:

“11.4. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.

11.5. Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR