“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təsdiqləndi
Bizi izləyin

Rəsmi xronika

“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Qanuna 25-2-ci maddə əlavə edilib.

Azərbaycan prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb.

Publika.az xəbər verir ki, qanuna 25-2-ci maddə əlavə edilib:

“Maddə 25-2. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

”.

1

2

Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üçün

10 manat

Qanunun 26.4-cü maddəsində “təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata” sözləri “əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına” sözləri ilə əvəz edilib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm