Prezident “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqlədi
Bizi izləyin

Rəsmi xronika

Prezident “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan prezidenti İlham Əliyev“Gömrük tarifi haqqında” qanunda dəyişikliklər edilməsi qanun imzalayıb.

APA-nın məlumatına görə, “Gömrük tarifi haqqında” qanunda 6.2-ci, 6.3-cü və 6.4-cü maddələr aşağıdakı redaksiyada verilib:

“6.2. Xüsusi rüsumlar malın gömrük ərazisinə idxalının artmış həcmi və şərtləri yerli istehsal sahəsinə ciddi zərər vurduqda və ya ciddi zərər vurmaq təhlükəsi yaratdıqda tətbiq edilir.

6.3. Antidempinq rüsumları malın normal dəyərindən aşağı qiymətə gömrük ərazisinə idxal edilməsi yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir.

6.4. Kompensasiya rüsumları istehsalı, ixracı və ya daşınması zamanı xarici dövlətin spesifik subsidiyasının istifadə olunduğu malın gömrük ərazisinə idxalı yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir.”.

6.5-ci maddədə isə “müvafiq qanunla” sözləri “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm