Prezident Mladen İvaniçi qəbul etdi
Bizi izləyin

Rəsmi xronika

Prezident Mladen İvaniçi qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib.

Görüşdə ikitərəfli münasibətlərimizin səviyyəsinin razılıq doğurduğu bildirildi, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edildi. Azərbaycan ilə Bosniya və Herseqovina arasında turizm, səhiyyə, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlıq imkanları ilə bağlı məsələlər müzakirə olundu.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm