İlham Əliyev: "Dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik"
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev: "Dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik"

İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Publika.az-ın məlumatına görə, mətndə deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.

Biz heç bir təqsiri olmayan dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm