Rəsmi xronika
İlham Əliyev Serbiyanın yeni prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın yeni seçilmiş Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Serbiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir. Ötən dövr ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələr genişlənmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. İnanıram ki, Azərbaycan ilə Serbiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Sizinlə görüşlərimizi və apardığımız fikir mübadilələrini xoş təəssüratlarla xatırlayıram. Yüksək səviyyəli səfərlərin əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, Sizi münasib bildiyiniz vaxtda Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Serbiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?