Rəsmi xronika
Prezident Abdullah Güllə görüşdü - - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gülü qəbul edib.
Dövlətimizin başçısı Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Güllə Bakıda, Türkiyədə və başqa ölkələrdə keçirdiyi görüşləri məmnunluqla xatırladı.
“Azərbaycan hər zaman bizim qəlbimizdə, könlümüzdədir”, - deyən Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gül Türkiyədə Baş nazir və prezidentlərin, o cümlədən özünün də ilk xarici səfərlərini Azərbaycana etməsindən məmnunluğunu ifadə etdi. Abdullah Gül ölkəmizə hər gəlişi zamanı Azərbaycanın sürətli inkişaf etdiyinin və daha da gözəlləşdiyinin şahidi olduğunu dedi.
Öz növbəsində dövlət başçısı kimi ilk rəsmi səfərlərini Türkiyəyə həyata keçirdiyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev yüksək rütbəli dövlət məmurlarının da ənənəvi olaraq bu cür qarşılıqlı səfərlərinin önəmini vurğuladı.
Söhbət zamanı dövlətimizin başçısı son bir neçə ildə Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlarla bağlı məlumatları diqqətə çatdırdı.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin