Rəsmi xronika
Mehriban Əliyeva: “IV İslam Həmrəyliyi Oyunları tarixi qələbəmizdir”
“IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli
komandası ümumi hesabda birinci yeri qazanıb. Bu tarixi
qələbəmizdir. Bu tarixi qələbə münasibəti ilə bütün Azərbaycan
xalqını ürəkdən təbrik edirəm”.
Publika.az xəbər verir ki, bunu IV İslam Həmrəyliyi
Oyunlarının bağlanış mərasimində çıxışı zamanı Azərbaycanın Birinci
vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva bildirib.
Tamaşaçıları İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində
salamlayan Mehriban Əliyeva insanları İslam dinini qorumağa və
həmrəyliyə çağırıb:
“İslam həmrəylik və sülh dinidir. Gəlin hər birimiz bu birliyi
qoruyaq, İslam həmrəyliyini gücləndirək. Allah bütün müsəlmanları
qorusun”.
Birinci xanım qeyd edib ki, Azərbaycan növbəti mötəbər idman
tədbirinə imza atıb:
“Bu günlər ərzində 50-dən çox ölkəni təmsil edən idmançılar və
qonaqlar Azərbaycanda oldular. Əminəm ki, onlar Azərbaycanla bağlı
öz xatirələrini qəlblərində qoruyub saxlayacaqlar”.
Vasif Həsənli
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı