Cocuq Mərcanlıda bərpa işlərinin davamı üçün 9 milyon manat ayrıldı
Bizi izləyin

Rəsmi xronika

Cocuq Mərcanlıda bərpa işlərinin davamı üçün 9 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm