Biləsuvarda yol təmirinə 3 milyon manat ayrıldı
Bizi izləyin

Rəsmi xronika

Biləsuvarda yol təmirinə 3 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar rayonu ərazisində Cəbrayılrayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, Biləsuvar rayonu ərazisində Cəbrayılrayonundan olan 18 min nəfər məcburi köçkünün məskunlaşdığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manat ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm