Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri İlham Əliyevə başsağlığı verdi
Bizi izləyin

Rəsmi xronika

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri İlham Əliyevə başsağlığı verdi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - 2012-2017-ci illərdə Bolqarıstan Prezidenti Rosen Plevneliev, 1997-2002-ci illərdə Albaniya Prezidenti Recep Meydani və 2007-2011-ci illərdə Latviya Prezidenti Valdis Zatlers Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı veriblər.

Publika.az-ın xəbərinə görə, başsağlığında deyilir: "Hörmətli cənab Prezident. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində atəşkəsin növbəti dəfə pozulması və günahsız insanların, xüsusən də körpə qızın qətlə yetirilməsi və mülki əhaliyə dəyən ziyan bizi hədsiz dərəcədə kədərləndirdi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından Sizə dərin hüznlə başsağlığı verir və həmçinin cəbhə bölgəsində vəziyyətin gərginləşməsindən dərin narahatlığımızı bildiririk. Ermənistanın 1994-cü ildə əldə olunmuş atəşkəs rejimini tez-tez pozması azərbaycanlı uşaqlar da daxil olmaqla mülki əhalinin ölümünə səbəb olur. Ermənistan ordusunun azərbaycanlı mülki əhaliyə və obyektlərə qarşı bu hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulması deməkdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təcrübəli və peşəkar üzvləri kimi münaqişənin davamlı sülh və dialoq yolu ilə həlli məsələsində Sizə dəstək olmağa hazırıq.

Cənab Prezident, xahiş edirik başsağlığı diləyimizlə bərabər, ən yüksək ehtiramımızı qəbul edin".

2000-2010-cu illərdə Xorvatiya Prezidenti, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Stepan Mesiç də Prezident İlham Əliyevə başsağlığı verib.

Məktubda qeyd olunur: "Hörmətli cənab Prezident. İcazə verin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi vəziyyətin kəşkinləşməsi ilə bağlı dərin narahatlığımı ifadə edim.

Münaqişə zonasında mülki şəxslərin – iki yaşlı Zəhranın və onun nənəsinin həlak olması xəbəri ilə bağlı Sizə dərin hüznlə başsağlığı verirəm.

Tezliklə atəşkəs rejiminin bərpa olunmasına, həlli uzanmış bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə uyğun olaraq həllinə ümid edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm