
Prezident İlham Əliyev Əli Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Publika.az xəbərinə görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında inşaat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Abdulla oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin.