Azərbaycan prezidenti jurnalistlər üçün üçüncü binanın təməlini qoydu - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan prezidenti jurnalistlər üçün üçüncü binanın təməlini qoydu - (YENİLƏNDİ)

Bu gün Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda üçüncü binanın təməli qoyulub.

Azərbaycan prezidenti İlham Əliyev binanın təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən inşa ediləcək bu binada da 255 mənzil olacaq. Beləliklə, 2010-2017-ci illərdə tikilib istifadəyə verilmiş iki və hazırda təməli qoyulan üçüncü binada mənzillərin ümumi sayı 665-ə çatacaq.

Qeyd edək ki, iyulun 19-da Azərbaycan prezidenti İlham Əliyevkütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm