Prezident İlham Əliyev Qaxda müşavirə keçirir - YENİLƏNİB - FOTOLAR
Bizi izləyin

Rəsmi xronika

Prezident İlham Əliyev Qaxda müşavirə keçirir - YENİLƏNİB - FOTOLAR

Avqustun 4-də Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Publika.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açdı.

Sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, "Şəki İpək" ASC-nin idarə heyətinin sədri Nizami Qəribov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Zaqatala rayonu "Dağlar" fermer təsərrüfatının rəhbəri Telman Həsrətov və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış etdilər.

Prezident İlham Əliyev respublika müşavirəsində yekun nitqi söylədi.

***

Avqustun 4-də Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.

Publika.az xəbər verir ki, dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm