Rəsmi xronika
Qaxın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2,99 mln. manat ayrıldı
Azərbaycan prezidenti İlham Əliyev Qax şəhərinin su
təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması
layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncama əsasən,
"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında"
qanunun tətbiqi barədə" prezidentin 2016-cı il 27 dekabr tarixli
1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə
tutulmuş vəsaitdən "Azərsu" ASC-yə 2,99 mln. manat ayrılıb.
"Azərbaycan Respublikası regionlarının ahəngdar inkişafı, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illər bu sahədə qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində regionların içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulub, sakinlərin içməli su ilə fasiləsiz təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib. Bu tədbirlərin davamı olaraq, Qax şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi kimi, həcmi 2x500 kubmetr olan beş su anbarında tamamlama işlərinin başa çatdırılması, həcmi 2x500 kubmetr olan bir su anbarının, diametrləri 110-160 mm, uzunluğu 14,4 km olan paylayıcı su şəbəkəsinin, diametrləri 200-500 mm, uzunluğu 1,35 km olan kanalizasiya şəbəkəsinin tikintisi və ilkin mərhələdə görülən işlər nəticəsində sökülmüş 7722 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb", - deyə sərəncamda vurğulanıb.
Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə
maliyyələşməni təmin etməlidir.
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll
edəcək.
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?