Qurbanqulu Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət etdi
Bizi izləyin

Rəsmi xronika

Qurbanqulu Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət edib.

Publika.az xəbər verir ki, o, H. Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov daha sonra Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkmənistan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm