• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Azərbaycan-Gürcüstan arasında hökumətlərarası komissiyanın yeni tərkibi təsdiq edilib

Azərbaycan-Gürcüstan arasında hökumətlərarası komissiyanın yeni tərkibi təsdiq edilib

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən birgə hökumətlərarası komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

"Komissiyanın sədri

Artur Rasi-zadə

-

Azərbaycan Respublikasının Baş naziri

Komissiya sədrinin müavini

Şahin Mustafayev

-

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Komissiyanın üzvləri:

Samir Şərifov

-

Azərbaycan Respublikasının maliyyə naziri

Ramin Quluzadə

-

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov

-

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Əbülfəs Qarayev

-

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov

-

Azərbaycan Respublikasının təhsil naziri

Xələf Xələfov

-

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini

Aydın Əliyev

-

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Nazim İbrahimov

-

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Ramiz Həsənov

-

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri

Qüdrət Qurbanov

-

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

Elçin Quliyev

-

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Rövnəq Abdullayev

-

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Cavid Qurbanov

-

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri

Dursun Həsənov

-

Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri".

Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamda edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə müvafiq bildiriş göndərsin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR