Rəsmi xronika
Azərbaycanda yeni mərkəz yaradılır
Prezident İlham Əliyev Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Publika.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Müəllif Hüquqları Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
Azərbaycan Prezidentinə:
- Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun
miqdarının müəyyən edilməsi;
- icra orqanının yaradılması, onun səlahiyyətlərinin
müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi;
- Agentliyin yenidən təşkili və ləğv edilməsi;
Nazirlər Kabinetinə:
- strukturun, işçilərin say həddinin və illik maliyyə
hesabatlarının təsdiq edilməsi;
- təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak
etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq
verilməsi;
- xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan
əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik
hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil
edən əqdin bağlanmasına razılıq verilməsi;
Agentliyə:
- inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
Nazirlər Kabinetinə tapşırılır:
- Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;
- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;
- Agentliyin strukturunu və işçilərinin say həddini bir ay müddətində təsdiq etsin;
- əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Agentliyə ödəyəcəyi illik haqqın məbləğini bir ay müddətində təsdiq etsin;
- Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzini yaratsın və bu barədə Azərbaycan Prezidentinə məlumat versin;
- Müəllif Hüquqları Agentliyinin və onun tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansındakı əmlakın yeni yaradılmış publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən, müvafiq olaraq, Agentliyin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansına verilməsini bir ay müddətində təmin etsin;
- nizamnamələri Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin;
- bu fərmanda nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla, dövlət adından yaradılan digər publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün zəruri tədbirlər görüb Azərbaycan Prezidentinə məlumat versin;
- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;
- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
Fərmanla müəyyən edilir ki:
- Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti
hesabına formalaşır və 1 milyon manat təşkil edir;
- Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə
İdarə Heyəti yaradılır;
- Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad
edilməsi, habelə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir;
- bu fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin
və strukturunun təsdiqini, işçilərinin say həddinin və nizamnamə
fondunun miqdarının müəyyən edilməsini, yenidən təşkil və ləğv
edilməsini Nazirlər Kabineti, təsisçinin "Publik hüquqi şəxslər
haqqında" qanunun 8.2-ci maddəsində qeyd edilən digər
səlahiyyətlərini isə Agentlik həyata keçirir;
- Agentlik dövlət qeydiyyatına alındığı gündən Müəllif Hüquqları
Agentliyinin normativ hüquqi aktlarına münasibətdə "Normativ hüquqi
aktlar haqqında" qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş
səlahiyyəti Agentliyin təklifləri əsasında Nazirlər Kabineti həyata
keçirir.
Agentliyə tapşırılır:
- dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi
tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada Vergilər
Nazirliyinə müraciət etsin;
- dövlət qeydiyyatına alındığı gündən üç gün müddətində bu barədə
Nazirlər Kabinetinə məlumat versin.
Maliyyə Nazirliyi bu fərmanda göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin edəcək, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı