Azərbaycan Prezidenti Qazaxıstanda səfərdədir - FOTO
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan Prezidenti Qazaxıstanda səfərdədir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana səfər edib.

Publika.az Qazaxıstanın “Kazinform” agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Prezidentini Astana hava limanında Qazaxıstan Baş nazirinin müavini Yerbolat Dosayev qarşılayıb.

Astana şəhərinin Nursultan Nazarbayev beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qeyd edək ki, sentyabrın 10-u və 11-də Astanada Müstəqillik Sarayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə İslam Əməkdaşlıq Şurasının Elm və Texnologiya üzrə sammiti keçiriləcək. Sammitdə İslam Əməkdaşlıq Şurasına üzv dövlətlərin təxminən 80 nümayəndə heyəti iştirak edəcək.

Bundan başqa, sentyabrın 10-da “EKSPO-2017” beynəlxalq ixtisaslaşdırılmış sərginin təntənəli bağlanış mərasimi keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm