İlham Əliyev "Statoil"-ın icraçı vitse-prezidentini qəbul etdi - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev "Statoil"-ın icraçı vitse-prezidentini qəbul etdi - (YENİLƏNDİ)

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxeri qəbul edib.

Görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının əhəmiyyəti qeyd edildi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil şirkəti arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm