Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında fərmanda DƏYİŞİKLİK
Bizi izləyin

Rəsmi xronika

Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında fərmanda DƏYİŞİKLİK

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədi ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 33, № 5, maddə 782) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “8 370 589,8” və “14 483 856,0” rəqəmləri müvafiq olaraq “10 813 861,6” və “15 242 928,0” rəqəmləri ilə əvəz edilsin.

1.2. 2-ci hissədəki cədvəlin 2.1-ci bəndində “7 550 705,3” rəqəmləri “9 826 212,0” rəqəmləri ilə, 2.2-ci bəndində “3 465,0” rəqəmləri “3 605,5” rəqəmləri ilə, 2.3-cü bəndində “16 830,0” rəqəmləri “17 688,5” rəqəmləri ilə, 2.4-cü bəndində “799 094,6” rəqəmləri “963 948,0” rəqəmləri ilə, 2.5-ci bəndində “495,0” rəqəmləri “2 407,6” rəqəmləri ilə və gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “8 370 589,9” rəqəmləri “10 813 861,6” rəqəmləri ilə əvəz edilsin.

1.3. 3-cü hissədəki cədvəl aşağıdakı redaksiyada verilsin:

1.4. Bu Fərmanla təsdiq edilmiş “2017-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti”nin 1.7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:

“1.8. Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.”.

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm