Rəsmi xronika
Prezidentdən mühüm bəyanat - Ermənistan danışıqlar prosesinə qayıdır

"Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz. Onlar əraziləri işğal etməklə yanaşı, etnik təmizləmə aparıb və işğal olunmuş əraziləri viran ediblər. Bütün bunlardan sonra onlar danışıqların bərpası üçün hələ şərtlər də irəli sürürlər. Ancaq bu gün hesab edirəm ki, danışıqlar formatı bərpa olunmaqdadır"
Bu fikirləri Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının
Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə
bildirib.
Bir neçə gündən sonra ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin
səfirləri ilə görüşəcəyini deyən Prezident İlham Əliyev görüş
zamanı gələcək danışıqların, habelə prezidentlər səviyyəsində
mümkün görüşün müzakirə ediləcəyini diqqətə çatdırıb. Dövlətimizin
başçısı deyib: “Münaqişəyə yanaşma məsələsinə gəldikdə, xüsusilə də
Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı bizim gözləntimiz ondan
ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə
münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş
etdirilsin. Əks təqdirdə, biz haqlı olaraq bunu ikili standartlar
yanaşması kimi qəbul edəcəyik. Bu səbəbdən, Dağlıq Qarabağla bağlı
yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın
ifadə olunması çox vacibdir. Ümumilikdə isə bütün beynəlxalq
formatlarda belə məsələlər müzakirə edilərkən bizim mövqeyimiz
ondan ibarətdir ki, bütün münaqişələrlə bağlı vahid yanaşma
olmalıdır. Bütün ölkələrin ərazi bütövlüyü məsələsinə gəldikdə, biz
hər bir dövlətin ərazi bütövlüyünü tanıyırıq və bu mövqe
tərəfimizdən BMT Baş Assambleyasında və Avropa Şurasında keçirilən
səsvermələrdə açıq ifadə olunur. Bu, bizim üçün sual deyil, biz
istənilən ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Bundan
əlavə, hesab edirik ki, ölkənin rəhbərliyinin və xalqının razılığı
olmadan onun sərhədləri dəyişdirilə bilməz”.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün İspaniyada və İraqda
nələrin baş verdiyini görürük. Nəhayət ki, beynəlxalq ictimaiyyət
separatizmlə bağlı məsələlərə daha çox diqqət ayırmağa başlayır.
“Çünki separatizm böyük təhlükədir. Hesab edirəm ki, ərazi
bütövlüyü və öz müqəddəratının təyin edilməsi arasında tarazlığı
müəyyən etmək çox asandır. Helsinki Yekun Aktına nəzər salsaq
görərik ki, burada hər şey aydın ifadə olunub. Ermənistan isə hər
iki prinsipin bərabər hüquqa malik olduğunu iddia edərək, ictimai
rəyi manipulyasiya etməyə çalışır. Öz müqəddəratının müəyyən
edilməsi ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağın gələcəyi
məsələsinə gəldikdə isə bizim mövqeyimiz hər zaman ondan ibarət
olub ki, gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli
torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə Dağlıq
Qarabağda yaşamalıdırlar”, - deyə dövlətimizin başçısı
bildirib.

-
Hadisə04:14
Sumqayıtda ticarət mərkəzindəki yanğının TƏFƏRRÜATI - VİDEO
-
ABŞ00:30
İlon Maskın BAŞI DƏRDDƏ - Qrup iddiası qaldırldı, "Tesla" avtomobillərində...
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Onun cavabı sizi təəccübləndirə bilər
-
Sosial00:00
Şərurlu İsfəndiyarın oğlu HƏBS EDİLDİ
-
İdman19 Aprel 23:36
Millimizin üzvü evləndi - VİDEO
-
Magazin119 Aprel 23:24
Həbsdə olan menecer xəstəxanaya yerləşdirildi - FOTO
-
Hadisə19 Aprel 23:12
Sumqayıtda ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNDİ
-
Elm və təhsil19 Aprel 22:36
Qara görə sabahkı imtahanda iştirak edə bilməyəcəklər