Azərbaycan prezidentinin Rusiyaya səfəri başa çatdı - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan prezidentinin Rusiyaya səfəri başa çatdı - FOTO - (YENİLƏNDİ)

Oktyabrın 11-də Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının və Ali Avrasiya İqtisadi Şurasının iclaslarında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.

Azərbaycan prezidenti İlham Əliyev naharda iştirak edib.

Azərbaycan prezidenti İlham Əliyevin Soçi şəhərinə səfəri oktyabrın 11-də başa çatıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Soçi şəhərinə səfərə gedib.

Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev, Soçi şəhərinin meri Anatoli Paxomov və digər rəsmi şəxslər qarşıladılar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm