Rəsmi xronika
“Azərkosmos” ASC nazirliyin tabeliyindən çıxarıldı
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb.
Publika.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli sərəncamında dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklərə əsasən, sərəncamda “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilib, “həyata keçirilməsi” sözlərindən sonra “, habelə beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsi” sözləri əlavə edilib.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi