Rəsmi xronika
İlham Əliyev: Azərbaycanda vəziyyət sabitdir, daxili risklər və təhlükələr yoxdur
Azərbaycanda vəziyyət sabitdir, daxili risklər və potensial təhlükələr yoxdur.
Publika.az bildirir ki, bunu oktyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçıları ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu yaxınlarda Soçidə MDB-nin növbəti sammiti keçirildi. Azərbaycan həmin tədbirdə fəal iştirak etdi:
"Ümumiyyətlə, biz MDB məkanında bir çox mühüm işlərdə fəal iştirak edirik. Əlbəttə, təhlükəsizliyin, sərhədlərin qorunmasının möhkəmləndirilməsi bizim bütün ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizin və xalqlarımızın təhlükəsizliyinin əsasıdır. Bizim vətəndaşların normal, rahat həyatı da çox cəhətdən sizin rəhbərlik etdiyiniz xidmətlərin uğurlu fəaliyyətindən asılıdır. Buna görə də heç şübhəsiz, bizim ölkələrimizin rahat, normal, sabit inkişafı da sizin aranızda əməkdaşlıqdan, informasiya mübadiləsindən, qarşılıqlı fəaliyyətdən asılıdır".
İlham Əliyev bildirib ki, Azərbaycanda sərhəd xidmətinin infrastrukturunun, bütövlükdə sərhəd xidmətinin inkişafına çox böyük diqqət yetirilir: "Son illərdə sərhədlərin möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı sahəsində çox iş görülüb. Hesab edirəm ki, bu sahə təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm sahələrdən biridir.
Təəssüf ki, bizim ölkələrimizin yerləşdiyi regionlarda, bütövlükdə dünyada risklər artır. Buna görə, əlbəttə ki, səylərin əlaqələndirilməsi, informasiya mübadiləsi və təhlükəli hallara qarşı birgə mübarizə bizim təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda vəziyyət sabitdir, ölkə uğurla inkişaf edir, daxili risklər və potensial təhlükələr yoxdur. Buna görə, əlbəttə, biz əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər bizim sərhədlərdən keçməsin. Biz bunu, əlbəttə, öz qonşularımızla, MDB ölkələri ilə əlaqələndirilmiş şəkildə təmin edirik. Əlbəttə ki, beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri bugünkü gündəlikdə başlıca yer tutur".
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK