Kəmaləddin Heydərov Qulam İshaqzai ilə görüşdü
Bizi izləyin

Rəsmi xronika

Kəmaləddin Heydərov Qulam İshaqzai ilə görüşdü

Azərbaycan fövqəladə hallar naziri general-polkovnikKəmaləddin Heydərovoktyabrın 24-də BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və UNDP-nin Azərbaycan Respublikası üzrə rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.

FHN-dən Publika.az-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əməkdaşlığına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb və gələcəkdə də bu münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Qulam İshaqzai FHN-in BMT-nin müxtəlif təşkilatları ilə birgə uğurlu layihələr həyata keçirdiyindən məmnunluğunu söyləyib, səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm