İlham Əliyev Çex Respublikasının prezidentinə məktub göndərdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Çex Respublikasının prezidentinə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu göndərib.

Publika.az-ın xəbərinə görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Çexiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm