Əsəd Musayevə Prezidentin fərdi təqaüdü verildi
Bizi izləyin

Rəsmi xronika

Əsəd Musayevə Prezidentin fərdi təqaüdü verildi

Prezident İlham Əliyev Əsəd Cənət oğlu Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Ə.Musayevə aqrar elmin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm