İlham Əliyev “IBM Global Market” şirkətinin baş vitse-prezidenti ilə görüşdü - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev “IBM Global Market” şirkətinin baş vitse-prezidenti ilə görüşdü - (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də “IBM Global Market” şirkətinin baş vitse-prezidenti Erik Klementini qəbul edib.

Erik Klementi təmsil etdiyi şirkətlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında yaxşı əməkdaşlığın həyata keçirildiyini dedi. O, bu səfəri zamanı Azərbaycanla əməkdaşlığın perspektivlərinin müzakirə edildiyini qeyd edərək, IBM şirkətinin ölkəmizlə uzunmüddətli əlaqələr qurmaqda maraqlı olduğunu vurğuladı.

Dövlətimizin başçısı IBM şirkətinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu qeyd etdi. Prezident İlham Əliyev ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet təşkil etdiyini vurğulayaraq, bu sahədə artıq böyük nailiyyətlərin əldə olunduğunu dedi. Bu yaxınlarda Azərbaycanda “Bakutel-2017” sərgisinin keçirildiyini deyən dövlətimizin başçısı sərgini beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmli tədbir kimi dəyərləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz böyük iqtisadi potensiala və perspektivlərə malikdir və xarici şirkətlərin fəaliyyəti üçün çox cazibədardır. Dövlətimizin başçısı IBM şirkəti ilə Azərbaycan arasında gələcəkdə uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm