İlham Əliyev FƏRMAN İMZALADI
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev FƏRMAN İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli qanunun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 1999-cu il 4 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Publika.az-ın məlumatına görə, Məcəllənin 45-ci maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilib:

“4. Bu Məcəllənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

Dəyişiklik 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm