İlham Əliyev Maytripala Sirisenaya məktub göndərdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Maytripala Sirisenaya məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident, Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm