Prezidentin fərdi təqaüdünün məbləği artırıldı
Bizi izləyin

Rəsmi xronika

Prezidentin fərdi təqaüdünün məbləği artırıldı

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 2002-ci il 11 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilib.

Qeyd edək ki, bu vaxtadək fərdi təqaüdün məbləği 1300 manat olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm