Dünya ölkələrinin liderləri İlham Əliyevə başsağlığı verir (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Dünya ölkələrinin liderləri İlham Əliyevə başsağlığı verir (YENİLƏNDİ)

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə Bakıda Respublika Narkoloji Mərkəzdəki yanğında həyatını itirənlərlə əlaqədar başsağlığı teleqramı göndərib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, teleqram Kremlin saytında dərc edilib.

“Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində yanğının faciəli nəticələri ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm”, - teleqramda deyilir.

Putin həmçinin ölənlərin ailələrinə başsağlığı verib, dəstəyini ifadə edib, yaralıların tez bir zamanda sağalmasını diləyib.

***

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, məktubda deyuilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin hüznlə qarşıladım.

Qardaş Azərbaycan xalqının dərdinə şərik olduğumu bildirir, həlak olanların doğmalarına və yaxınlarına öz adımdan və Qazaxıstan xalqı adından başsağlığı verirəm.

Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.

***

İran prezidenti Həsən Ruhani Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran prezidentinin rəsmi saytı xəbər yayıb.

“Bakı şəhərinin mərkəzində baş vermiş yanğında dost və qardaş ölkə olan Azərbaycanın vətəndaşlarından bəzilərinin həyatını itirməsi xəbərindən kədərləndik və narahat olduq. Sizə başsağlığı verir, bu faciəvi hadisə qurbanlarının ailələrinin dərdinə şərik olduğumuzu bildiririk”.

***

Türkiyə baş naziri Binəli Yıldırım Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

Publika.az xəbər verir ki, B. Yıldırımın məktubunda deyilir:

“Hörmətli Prezident. Bakıda müalicə mərkəzində baş verən yanğında çox sayda Azərbaycan vətəndaşının həlak olması xəbərini böyük kədər hissi ilə qarşıladım. Xalqım, hökumətim adından və şəxsən öz adımdan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik. Fürsətdən istifadə edib, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına rifah diləyirəm”.

***

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Bu barədə Belarus prezidentinin saytında bildirilir.

Başsağlığında deyilir: "Belarus Respublikasında Bakıda Respublika Narkoloji Mərkəzində ölümlə nəticələnən baş vermiş yanğın barədə faciəli xəbər dərin kədər hissi ilə qarşılanıb".

Belarus prezidenti həmçinin xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm