DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının maaşı artırıldı
Bizi izləyin

Rəsmi xronika

DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının maaşı artırıldı

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamlar imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamlarda qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə DTX və Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm