İƏT-in baş katibi Azərbaycan Prezidentinə başsağlığı verdi
Bizi izləyin

Rəsmi xronika

İƏT-in baş katibi Azərbaycan Prezidentinə başsağlığı verdi

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Publika.az-ın məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri.

Bakıdakı Respublika Narkoloji Mərkəzində Azərbaycan vətəndaşlarının ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərindən sarsıtdı və kədərləndirdi.

Hörmətli cənab Prezident, İslam Əməkdaşlıq Təşkilatı olaraq bu faciəli hadisə ilə əlaqədar ağrı-acılarınızı bölüşürük. Həmçinin həlak olanların ailələrinə və qardaş Azərbaycan xalqına İslam Əməkdaşlıq Təşkilatı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, ölənlərə Tanrıdan rəhmət diləyir, xəsarət alanların isə tezliklə sağalmasını arzu edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm