Prezident Marianna Vardinoyannisə orden təqdim etdi - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Prezident Marianna Vardinoyannisə orden təqdim etdi - FOTO - (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannisə “Dostluq” ordenini təqdim edib.

Dövlətimizin başçısı keçən ilin dekabrında Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə ELPIDA Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin “Dostluq” ordeni ilə təltif edildiyini bildirdi. Prezident İlham Əliyev Marianna Vardinoyannisin bəşəri dəyərlərin təşviqindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd etdi və ordeni ona təqdim etdi.

Marianna Vardinoyannis bu mükafatın verilməsinin onda böyük qürur hissi doğurduğunu bildirdi. “Dostluq” ordeninə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Marianna Vardinoyannis Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətlərinin böyük maraqla izlənildiyini dedi. O, Mehriban Əliyevanın beynəlxalq layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm