İlham Əliyev Beji Kaid əs-Sebsiyə məktub göndərdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Beji Kaid əs-Sebsiyə məktub göndərdi

Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.

Publika.az-ın xəbərinə görə, Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və rifah arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm