Ağstafaya 4,6 milyon manat ayrıldı
Bizi izləyin

Rəsmi xronika

Ağstafaya 4,6 milyon manat ayrıldı

Prezident İlham Əliyev martın 29-da “Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, Ağstafa şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 4,6 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm