Şəxsiyyət vəsiqəsinin verilməsinə görə QİYMƏTLƏR DƏYİŞDİ - RƏQƏMLƏR
Bizi izləyin

Rəsmi xronika

Şəxsiyyət vəsiqəsinin verilməsinə görə QİYMƏTLƏR DƏYİŞDİ - RƏQƏMLƏR

Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsumlar təsdiqlənib.

Publika.az-ın xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əlyevin bu gün imzaladığı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi barədə sərəncamda əksini tapıb.

Qanuna əsasən, 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat dövlət rüsumu ödəniləcək.

Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm