İlham Əliyev: Bu gün Azərbaycan gəncliyi ən yüksək tələblərə cavab verir
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev: Bu gün Azərbaycan gəncliyi ən yüksək tələblərə cavab verir

"Gənclər gələcək rəhbərlərdir, bu insanlar ölkənin gələcəyini müəyyən edəcəklər, ona görə bu gələcək etibarlı əllərdə olmalıdır. Mən şadam ki, bu gün Azərbaycan gəncliyi ən yüksək tələblərə cavab verir. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə daha fəal siyasət yürüdəcəyik. Əlbəttə, mən istərdim ki, bütün Azərbaycan gəncləri öz Vətəninə sadiq olsunlar. Çünki öz Vətənini sevmək və ona namusla xidmət etmək müstəqilliyin, müvəffəqiyyətin əsas rəhnidir. Əlbəttə, gənclərin Azərbaycan xalqı üçün səciyyəvi olan ənənəvi dəyərlər ruhunda tərbiyə edilməsi vacibdir və biz bunun üçün nə lazımdırsa edirik".

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində deyib.

Prezident söyləyib ki, Azərbaycanın gələcəyinin azərbaycanlıların özlərinin, Azərbaycan vətəndaşlarının əlində olduğunu gənclər anlamalıdırlar:

"Gənclər müəyyən ideoloji təsirləri qiymətləndirərkən çox diqqətli olmalıdırlar. Başqa sözlə desək, gəncliyi kənar mənfi təsirdən qorumaq, mənim fikrimcə, bizim ideoloji işimizin başlıca istiqamətlərindən biridir. Eyni zamanda, bizim gənclik, əlbəttə, dünyaya, ən müasir, ən mütərəqqi dəyərlərin hamısına açıq olmalıdır. Ümumiyyətlə, qısaca desək, bizim idarəçilik formulumuz ondan ibarətdir ki, dövlət çox möhkəm ənənəvi köklərə əsaslanır. Azərbaycan xalqı bu ənənəvi dəyərlərlə yaşayıb, yaşayır və yaşayacaqdır. Biz ənənələrimizə, mədəniyyətimizə, dilimizə, dünyabaxışımıza sadiq olmalıyıq. Eyni zamanda, biz ölkəmizi modernləşdirmək, onun potensialını artırmaq, cəmiyyətimizin dünyəvi xarakterini möhkəmlətmək və bununla da fasiləsiz inkişafı təmin etmək üçün bütün ən yaxşı, mütərəqqi dəyərləri qəbul etməliyik. Biz ideal halda bu mənzərəni görmək istərdik. Biz buna çox cəhətdən nail olmuşuq, gələcəyin gəncləri isə öz fəaliyyətlərini məhz bu istiqamətdə qurmalıdırlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm