Cəlilabad, Masallı və Yardımlıya 5 177 000 manat ayrıldı
Bizi izləyin

Rəsmi xronika

Cəlilabad, Masallı və Yardımlıya 5 177 000 manat ayrıldı

Prezident İlham Əliyev Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 177 000 (beş milyon bir yüz yetmiş yeddi min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə bu sərəncamın irəli gələn məsələləri təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm