• USD 1,7000 0,00% EUR 1,9289 0,00%
    • GBP 2,1442 0,00% RUB 0,0246 0,00%

Putin İlham Əliyevə zəng etdi

Putin İlham Əliyevə zəng etdi

Aprelin 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, Prezident Vladimir Putin Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Vladimir Putin əminliyini ifadə edib ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəkdir.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını bildirib. Dövlətimizin başçısı öz növbəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə və ölkələrimizin bir-biri ilə daha sıx əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

***

Rusiya Prezidenti Vladimir Putin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

Rusiya lideri qeyd edib ki, onun inamlı qələbəsi yüksək siyasi nüfuzunu aydın şəkildə təsdiq edir.

"Seçkilərdə inamlı qələbə İlham Əliyevin yüksək siyasi nüfuzunu aydın şəkildə təsdiq edir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllində onun xidmətlərinin qiymətləndirildiyini göstərir", - məktubunda deyilir.

Vladimir Putin Moskva ilə Bakı arasında dostluq və yaxşı qonşuluq əlaqələrinin gücləndirilməsi üzrə səylərini yüksək qiymətləndirib. Rusiya lideri birgə səylərlə bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, həmçinin regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlığı genişləndirəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, bu, Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verir.

Ömər

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR