İlham Əliyev: "Mən həmişə Azərbaycan xalqının dəstəyinə arxalanmışam" - FOTO/VİDEO
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev: "Mən həmişə Azərbaycan xalqının dəstəyinə arxalanmışam" - FOTO/VİDEO

Bu gün Heydər Əliyev Mərkəzinin qarşısında ötən gün keçirilən prezident seçkilərində qazanılan qələbə ilə bağlı tədbir keçirilib.

Publika.az xəbər verir ki, qələbə münasibəti ilə təşkil edilən konsert proqramını tanınmış şoumen Murad Dadaşov aparıb. Tədbirdə bir çox sənətçilər iştirak edib.

Prezident ailəsi ilə birlikdə tədbirə qatılıb. O, tədbir iştirakçılarını salamlayaraq, seçkidə dəstək göstərən seçicilərə təşəkkürünü bildirib:

“Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim. Azərbaycan xalqı dünən seçimini etdi, bir daha bizim siyasətimizə səs verdi. Sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır, Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq ölkədir, daxili vəziyyətimiz sabitdir".

İlham Əliyev bildirib ki, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, bütün azadlıqlar təmin olunur.

Dövlət başçısı qeyd edib ki, keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, ölkə demokratiya yolu ilə uğurla gedir.

Prezident qeyd edib ki, açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir:

"Seçkilərdə göstərilən dəstək məni daha da ruhlandırır, daha böyük güc verir. Seçkilərdə xalqımız görülən real işlərə, eyni zamanda görüləcək işlərimizə, xoşbəxt gələcəyimizə səs verib. Əminəm ki, ölkəmiz bundan sonra da uğurla inkişaf edəcək. Azərbaycan bundan sonra da sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm