• USD 1,7000 0,00% EUR 1,9921 -0,12%
    • GBP 2,3201 -0,16% RUB 0,0233 +0,43%

Prezidenti təbrik edirlər

Prezidenti təbrik edirlər

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyası adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Sizin xalqımızın yüksək etimadını qazanaraq prezident seçilməyiniz Ukraynada yaşayan 500 mindən çox azərbaycanlının böyük sevincinə səbəb olmuşdur. Aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığınız parlaq qələbə ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməyinizin məntiqi nəticəsidir. Qürurla qeyd etmək istəyirik ki, Sizin rəhbərliyinizlə doğma Azərbaycanımız inkişaf edərək dünyanın aparıcı ölkələri arasında öz layiqli yerini tutmuşdur. Dünyanın müxtəlif ölkələrində yaşayan 10 milyonlarla azərbaycanlı bu gün inkişaf və intibah tarixini yaşayan müstəqil dövlətimizlə fəxr edir, bu yolda Sizin yürütdüyünüz uğurlu siyasəti tam dəstəkləyir. Bu şərəfli və məsuliyyətli işinizdə Sizə böyük uğurlar və yeni-yeni nailiyyətlər diləyir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı və səadət arzulayırıq.

Möhtərəm Prezident, Sizi əmin etmək istəyirik ki, Ukraynada yaşayan hər bir soydaşımız özünü müstəqil dövlətimizin sıravi əsgəri hesab edir, istənilən vaxt Sizin çağırışınıza qoşularaq işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə hazır olduğunu bildirir. İnanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha böyük inkişaf yolu keçəcək, tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır".

XXX

Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Namdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin birgə mənafeyimizə müvafiq olaraq möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyimi bildirirəm. Sizə ölkənizin tərəqqisinə və xalqın rifahına yönələn fəaliyyətinizdə böyük uğurlar arzu edirəm".

XXX

Amerika Birləşmiş Ştatlarında Sizin sadiq dostunuz, aktyor və rejissor Stiven Siqaldan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Siz böyük xalqın həqiqətən dahi liderisiniz. İnanıram ki, Tanrının izni ilə mənə tezliklə Sizinlə yenidən görüşmək nəsib olacaq".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR