Ərdoğan: “Seçkilərdən sonra prezident kimi ilk səfərimi Azərbaycana edəcəm”
Bizi izləyin

Rəsmi xronika

Ərdoğan: “Seçkilərdən sonra prezident kimi ilk səfərimi Azərbaycana edəcəm”

“İnşallah, 24 iyun seçkilərindən sonra prezident kimi ilk səfərimi Azərbaycana edəcəm”.

Publika.az
xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Ərdoğan Prezident İlham Əliyevə prezident seçkiləndən sonra ilk səfərini Türkiyəyə etdiyinə görə təşəkkür edib.

“Hörmətli Əliyev seçkidən sonra ilk səfərini Türkiyəyə etdi. Can Azərbaycan inşallah bölgəsinin sabitlik abidəsi olaraq parlamağa davam edəcək. Azərbaycanla birgə işləməyə davam edəcəyik və bu məsələdə qərarımız bütövdür”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm