Yunusbek Yevkurov Azərbaycan prezidentini təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Yunusbek Yevkurov Azərbaycan prezidentini təbrik etdi

Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu ali dövləti vəzifəyə yenidən seçilməyiniz Azərbaycan xalqı arasında yüksək nüfuzunuzun, ölkənin hər bir sakininin rifahının yüksəlməsi məqsədilə yürütdüyünüz sosial-iqtisadi siyasəti xalqın yekdilliklə dəstəkləməsinin parlaq sübutudur. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən cansağlığı, rifah və bütün məqsədlərinizin gerçəkləşməsində uğurlar, gözəl Vətəninizə isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm