• USD 1,7000 0,00% EUR 1,9944 +0,16%
    • GBP 2,3239 -0,28% RUB 0,0232 0,00%

Azərbaycan prezidenti Niderland kralını və CAR liderini təbrik etdi

Azərbaycan prezidenti Niderland kralını və CAR liderini təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Niderland kralı Villem-Aleksandra məktub göndərib.

Dövlət başçısının məktubunda deyilir:

"Əlahəzrət, Niderland Krallığının milli bayramı – Kral Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

İ. Əliyev həmçinin Cənubi Afrika Respublikasının prezidenti Matamela Siril Ramafozanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR