• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Fərəh Əliyevaya yüksək VƏZİFƏ VERİLDİ - SƏRƏNCAM

Fərəh Əliyevaya yüksək VƏZİFƏ VERİLDİ - SƏRƏNCAM

Prezident İlham Əliyev Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR