Meksika prezidenti İlham Əliyevi təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Meksika prezidenti İlham Əliyevi təbrik etdi

Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nieto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Meksika xalqı və hökuməti adından Sizə və Azərbaycan xalqına salamlarımı və səmimi təbriklərimi çatdırmaq mənim üçün şərəfdir.

Bu günlərdə qeyd edilən tarixi hadisələr Azərbaycan xalqının birliyinin daha da möhkəmlənməsi və uğurlu gələcəyi üçün bir mənəvi təkandır.

Xalqlarımız arasında dostluq, əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək arzusu ilə Sizə dərin hörmətimi izhar edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm