Rəsmi xronika
Azərbaycan Prezidenti: “Ermənistan ordusu haqqındakı mifi darmadağın etdik”
“Ordumuz ən müasir texnika və silahlarla təchiz
edilib”.
Publika.az-ın APA-ya istinadən verdiyi məlumatına
görə, bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi
münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi paradda
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevdeyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda da müasir texnika və
silahlar istehsal edilir: “Gözətçi hərbi gəmiləri, hava hücumundan
müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, 100-dən çox döyüş
hərbi-nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş üçün
pilotsuz aparatlar, ən müasir artilleriya qurğuları, uzaq mənzilli
raketlər, yaylım raket sistemləri, əməliyyat-taktiki raket
sistemləri alınıb. Bunlar bizim hərbi gücümüzü artırır. Bütün
bunları ona görə edirik ki, Azərbaycan ordusu güclü olsun. Çünki
dünyada gedən proseslər göstərir ki, beynəlxalq hüquq işləmir.
İşləsəydi, Azərbaycan torpaqları işğaldan azad edilərdi. Beynəlxalq
təşkilatların qərarlarının icra mexanizmi yoxdur. Güc amili əsas
amil kimi çıxış edir. Ona görə də biz bu siyasəti aparırıq və bu,
düzgün siyasətdir. Biz dost ölkələrlə səmərəli əlaqələr nəticəsində
dünyanın ən müasir silahlarını əldə etmişik. Bundan sonra da
Azərbaycan ən müasir silah və texnika alacaq. Buna nail olmaq üçün
dost ölkələrlə əlaqələrimiz və maliyyə resurslarımız var”.
Ali Baş Komandan qeyd edib ki, Azərbaycanda yüksək vətənpərvərlik
ruhu mövcuddur: “Ordumuzun döyüş qabiliyyəti ən yüksək
səviyyədədir. İki il əvvəl Ermənistan xalqımıza qarşı növbəti
təxribat törədib, mülki əhaliyə qarşı təcavüz edilib. Həm
hərbçilər, həm mülki əhali şəhid olub. Azərbaycan ordusu işğalçını
yerində oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqların
bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli,
Cəbrayılrayonunun bir hissəsi işğalçılardan azad olundu. Uğurlu
əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa Azərbaycan
ordusu nəzarət edir. Biz ermənilərin işğal edilmiş torpaqlarda
qazdıqları səngərlərdə xidmət göstəririk, Lələtəpədə, Ağdərə
dağlarında bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə
etmişik və bu, bizə böyük üstünlük verir. Aprel döyüşləri şanlı
qələbəmizdir. Ordumuz, Azərbaycan əsgəri əsl qəhrəmanlıq göstərib.
Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı bu işğalla
barışmayacaq. Biz Ermənistan ordusu haqqında mifi darmadağın etdik.
Onların illərlə yaratdıqları müdafiə xəttini bir neçə gün ərzində
darmadağın etdik”.
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
-
Nida Xəbər 00:37
"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur" - Paşinyan